Yuxarı

Azərbaycanda qış turizmi niyə bahadır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az turizm eksperti, “Hotel Academy” layihəsinin direktoru Ülvan Vəlizadənin ölkəmizdə qış turizminin vəziyyəti ilə bağlı müsahibəsini təqdim edir:

- Azərbaycanda qış turizmi hansı səviyyədə inkişaf edib?

- Hazırda turist sayına görə qış turizmi orta səviyyədədir. Bu da gələn turistin tarixçəsi (profile) ilə əlaqədardır. Yəni büdcəsi aşağı olan turistlərimiz daha çoxdur.

- Başqa ölkələrlə müqayisədə ölkədə qış turizmini necə qiymətləndirmək olar?

- Bildiyimiz kimi, qış turizmi qiymət baxımından ikinci yeri tutmaqdadır, yəni bahalı turizm sayılır. Məhz buna görə də dünyada qış turizmi məhdud sayda ölkələrdə inkişaf edib. Hazırda qış turizmi xidməti göstərən otellərimiz dünya standartlarına uyğun tikildiyi üçün heç də başqa ölkələrdən geri qalmır. Sadəcə otellər məhdud saydadır.

- Bu yaxınlarda mediada aparılan araşdırma zamanı məlum oldu ki, Yeni il ərəfəsində bölgələrdəki lüks otellərin qiyməti Türkiyə, Dubay, hətta Avropa ölkələrindəki tariflərdən belə yüksəkdir. Qiymətlərin bu dərəcədə baha olması nədən qaynaqlanır?

- Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, sözügedən qiymətlərin arxasında xərclər dayanır və bu xərclər devalvasiyadan sonra daxili bazarda olan məhsulların qiymətlərinin qalxması ilə əlaqədar hesablanan minimal qiymətlərdir. Hazırda Yeni illə bağlı otellərdə yerlər demək olar ki, dolub. Bu da ondan xəbər verir ki, qış turizminə tələbat var və təklif istəkləri qarşılayır.

- Azərbaycanda hansı ərazilər qış turizmi üçün əlverişli olsa da, istifadə edilmir? Qış turizmi üçün ölkəmizdə mövcud olan obyektlərdə nələr çatışmır?

- Hesab edirəm ki, hazırkı xizəkçilik obyektlərinin marşrutlarını artırsalar, dağlar arasında kanatlar yaratsalar, bu, marşrutu uzadacaq və yenilik etmiş olacağıq. Amma əsas yerlər artıq istifadə edilir. Xizəkçilik xidməti göstərən otellər, fikrimcə, bu işlə lazımi qaydada məşğul olurlar. Bunun səbəbi sahibkarın yüksək keyfiyyətli xidmət göstərərək gəlir əldə etmək istəyindən qaynaqlanır.

- “Hotels Academy” layihəsi nədir?

- Azərbaycanda olan gənc turizmçilərin daha effektiv turizm təhsili alması üçün ilk dəfə olaraq “Hotels Academy” yaradılıb. Tələbələrinə nəzəri və praktiki biliklər verən “Hotels Academy”nin məqsədi yetişdirdiyi tələbələri işlə təmin edib, Azərbaycan turizm və otelçilik sektorunda kadr çatışmazlığını aradan qaldırmaqdır.

- Bu layihədən sonra Azərbaycan turizmində konkret olaraq hansı dəyişikliklər olacaq?

- Xarici mütəxəssislərə artıq ehtiyac olmayacaq və daxili bazarda peşəkar gənc turizmçilər üstünlük təşkil edəcək. Biz yaşı 18-dən yuxarı olan hər kəslə əməkdaşlıq etməyə hazırıq. Çünki turizm geniş əməkdaşlıq mühitində daim inkişaf edən və dinamikliyi qoruyan bir sektordur.

Tarix
2018.12.25 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla