Yuxarı

Xəzərdən çıxan çürümüş meyit kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Xəzər dənizində tapılan çürümüş meyit ekspertizaya aparılıb.

Axar.az xəbər verir ki, orta yaşlarında olduğu təxmin edilən meyitin kimliyi müəyyən edilməsi üçün proseduralar başlayıb.

Pirallahı Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayevin Axar.az-a verdiyi məlumata görə, cəsədin kimliyi hələ ki, müəyyən edilməyib:

"Dünən bizə Xəzərdə meyit tapılması ilə bağlı məlumat daxil olub. Lakin meyitin kimə məxsus olması ilə haqda bizdə ətraflı məlumat yoxdur. Həmçinin, ailə üzvünü itirmələri ilə bağlı bizə müraciət edən də olmayıb. İşlə aidiyyəti üzrə polis idarəsi məşğuldur. Ümid edirik ki, yaxın zamanlarda şəxsin hansı səbəbdən dənizdə batdığı və kimliyi məlum olar".

Xəzər Rayon Polis Şöbəsindən isə cəsədin kimliyinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə göndərildiyini dedilər. Həmçinin, polis şöbəsindən də ailə üzvlərini itirmələri ilə bağlı onlara müraciət edilmədiyini bildirdilər.

Tibbi Ekspertiza Birliyindən də çürümüş kişi cəsədinin ekspertizası üçün onlara göndərildiyini təsdiq edildi. Hazırda həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün işlər davam etdirilir. Verilən məlumata görə, cəsədin üzərində hər hansı zorakılıq izləri aşkarlanmayıb.

Xatırladaq ki, dünən günorta saatlarında Xəzər dənizindən çürümüş kişi cəsədinin tapılması ilə bağlı məlumat vermişdik.

Tarix
2014.11.01 / 08:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla