Yuxarı

Bayram gecəsinin hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram gecəsinin hava proqnozu açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, həmçinin Daşkəsən, Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur mənfi 6-11 dərəcə şaxta olacaq.

Qazax-Gəncə, Tərtər-Ağdam, Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Mərkəzi Aran rayonlarında, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Balakən, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 9-14 dərəcə şaxta olacaq.

Masallı, Lənkəran, Astara, Lerik rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur 2-4 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 8-13 dərəcə şaxta olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən Yeni il gecəsi ölkə ərazisində qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənilir. Bu rayonlarda havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.

Tarix
2018.12.30 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla