Yuxarı

“Azercell”in LTE istifadəçilərinin sayı 1 milyonu ötdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yola salmaqda olduğumuz 2018-ci il Azercell Telekom MMC üçün uğur və nailiyyətlərlə yadda qaldı. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox regionlarında yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə üzrə LTE istifadəçilərinin sayı artaraq 1 milyonu keçib. Bu, “Azercell”in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.

Axar.az xəbər verir ki, 2018-ci ilin ikinci yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan “Ericsson” və “Nokia” şirkətləri ilə “Azercell”in şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm müqavilələr bağlanılıb. Müqavilələr çərçivəsində il ərzində Azərbaycanın daha 30 rayonunda “Azercell”in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, 42 rayonda “Azercell”lilər 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Bütün bunlar “Azercell” abunəçilərinə sürətli internet xidmətinin üstünlüklərindən yararlanmaq imkanı verir.

Beləliklə, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azercell”in 4G əhatə dairəsi 2018-ci ildə 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50 faiz artıb.

“Azercell” radio şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet sürətinin artırılmasına yönəldilib.

Geridə qalan ildə “Azercell” ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə yanaşı, “Rouminqdə İnternet Paketləri” layihəsini də istifadəyə verib. Bununla da şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki, səyahət zamanı “Azercell” abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və 400 MB həcmində təklif olunan Rouminq İnternet paketləri ilə sürətli internetdən faydalana bilərlər.

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.12.31 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla