Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyun 2019


Nazirlik əlillərə protez payladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Kürdəmir rayonlarında davam etdirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, həmin rayonlar üzrə səyyar şəkildə xidmət göstərilməsi üçün əvvəlcədən qeydiyyata alınmış ümumilikdə 213 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər. Beləliklə, onların qeyd olunan protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmaq üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayıb.

2013-cü ilin dekabr ayında ƏƏSMN-nin üzrə müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqadalar artıq bu vaxta qədər 30-a yaxın rayon üzrə səyyar formada xidmət həyata keçiriblər. Həmin rayonlar üzrə 800 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.

Tarix
2014.11.03 / 10:55
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Yevlaxda ağır qəza: Yaralılar var

Ermənilər cəbhə xəttini atəşə tutdu

Lənkəranda zəlzələ oldu

Misirə getmək istəyənlərə şad xəbər: Şarm-əş Şeyxə...

Leyla Əliyeva xalqı belə təbrik etdi - Video

“Gələcəyə doğru” adlı məzun gecəsi keçirilir

Mehriban Əliyeva məzunları təbrik etdi

Bakıda gəlin qayınanasını polisə verdi - Səbəb

Heydər Əliyev ölkəni bunlardan xilas etdi - General

Gürcüstanda azərbaycanlı hamilə qadın ödü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla