Yuxarı

Xaçatryandan ermənilərə daha bir zərbə: Azərbaycan bayrağı ilə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçatryandan ermənilərə daha bir zərbə: Azərbaycan bayrağı ilə... - Foto

Bir müddət öncə iş axtarmaq üçün Dağlıq Qarabağa gedən və orada ermənilərin təzyiqi ilə üzləşən Asya Xaçatryan növbəti dəfə erməniləri təəccübləndirib.

Axar.az xəbər verir ki, Asya Xaçatryan Azərbaycan bayrağı ilə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıb.

Asyanın erməni mətbuatında yayılan şəklinə rəy yazan ermənilər onun bu hərəkətini “ermənilərə daha bir zərbə” kimi qiymətləndiriblər.

Xatırladaq ki, əslən İrəvandan olan Asya Xaçatryan ötən il Dağlıq Qarabağa iş axtarmağa gedən zaman orada xoşagəlməz hadisələrlə qarşılaşmış və yerli polislər tərəfindən zorakılığa məruz qalmışdı.

İrəvana qayıdan Asya ona qarşı edilən zorakılıqlarla bağlı bir sıra məhkəmələrə müraciət etsə də, onun şikayətinə baxılmamışdı.

Bundan sonra Asya ermənilərin acığına Feysbukda azərbaycanlı oğlanla tanış olaraq onunla Tiflisdə görüşmüşdü. Asyanın görüş zamanı çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə görən ermənilər onu cəzalandırmaq üçün axtarışa başlasalar da, heç bir nəticə əldə etməmişdilər.

Tarix
2019.01.05 / 14:38
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla