Yuxarı

Uşağı mütaliəyə necə öyrətməli? - Sadə üsullar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə valideynlər öz uşaqlarını vunderkind kimi böyütmək üçün səylə çalışırlar. Erkən inkişafın müxtəlif metodikaları bu günümüzdə çox populyardır. İlk növbədə, geniş dünyagörüşünə malik analar və atalar öz uşaqlarını daha erkən mütaliəyə öyrətməyə can atırlar. Lakin bu, heç də hamıda uğurlu alınmır. Ev şəraitində təlim üçün ən yaxşı metodikanı necə seçmək və artıq 3-4 yaşlarında uşağı hərfləri öyrənməyə məcbur etməyə dəyərmi? Pedaqoq və psixoloqlar bu barədə nə deyirlər?

Axar.az xəbər verir ki, mütaliə üzrə məşhur uşaq-rekordsmenlərdən biri Vinnitsya vilayətinin (Ukrayna) ucqar qəsəbəsində doğulan Mişa adlı oğlandır. Maraqlıdır ki, böyüklərdən heç kim körpəni erkən yaşlarında öyrətməyə cəhd göstərməyib. Lakin artıq 1 yaş 3 aylığında Mişa sərbəst şəkildə əlifbanı qavrayıb, yaşyarımında isə qəzet oxuyub. Fövqəluşaq 2 yaşında ikən qonşu kənddən özünün tərbiyəsi ilə məşğul olmağa gəlmiş 85 yaşlı bisavad ulu nənəsinə oxumaq öyrədib.

Lakin uşaqlar müxtəlifdir və heç də hamısı 6-7 yaşadək mütaliə etməyə qadir deyil. Hər şeyin öz vaxtı var. Hər halda məktəbəqədər uşaqlarda oyun fəaliyyəti əsasdır. Məhz bu, onların harmonik inkişafına kömək edir.

Uşağa 3-4 yaşında zorla hərfləri öyrətməyə çalışan valideynlər onları dünyanı təbii proseslə tanımaqdan yayındırır, bununla da körpəyə zərər vururlar.

Reallıqda insanın gələcək qabiliyyəti heç də onun mütaliəyə hansı yaşda başlamağından asılı deyil. Bu, uşağın daha çox fantaziyasından və təxəyyülündən asılıdır. Belə ki, hələ manejdə ikən körpənizə üstündə hərflər yazılan kublar vermək əvəzinə ona nağıllar danışıb, maraqlı oyunlara cəlb etməniz yaxşı olardı və ümumiyyətlə, uşağın düzgün nitqini formalaşdırmaqdan ötrü onunla daha çox ünsiyyətdə olmalısınız.

Təcrübə göstərir ki, birinci sinifdə oxumağı öyrənən uşaqlar nəticədə heç də erkən dövrdə kitabı mənimsəyən həmyaşıdlarından geri qalmırlar.

Uşaq psixoloqları isə hesab edirlər ki, əgər mütaliəyə erkən dövrdə başlamaq uşağın arzusuna ziddirsə, o zaman bu, beyinin düzgün inkişafına maneçilik törədir. Məhz bu səbəbdən körpəyə əlifbanı vaxtından əvvəl və zorla öyrətmək nəinki mənasızdır, həm də zərərlidir. İş orasındadır ki, 7 yaşadək körpələrin çoxunda beyinin hərflərin tanımasına cavabdeh olan şöbələri hələ tam inkişaf etməyə macal tapmayıb. Əgər valideynlər uşağı zorla oxumağa məcbur edərlərsə, o zaman beyinin bu şöbələri ünsiyyət və bədii təfəkkürə cavabdeh olan digər şöbələrin inkişafını dayandırır.

Körpəni 3-4 yaşlarında sürətlə oxuyan və ya əla sayan dahi etmək cəhdi bəzi hallarda ünsiyyət probleminə və intellektin ümumi azalmasına gətirib çıxarır. Əlbəttə ki, burada uşağın istedadı ilə valideynin öz körpəsinə bilik vermək cəhdini səhv salmaq lazım deyil. Əgər sizin körpəniz özü kitablara meyillidirsə və hərfləri öyrənməyə cəhd göstərirsə, o zaman onu dayandırmaq lazım deyil, erkən mütaliəyə cəhd daha çox onun fərdi xüsusiyyətidir.

Tarix
2019.01.06 / 01:22
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla