Yuxarı

Güzəştli mənzillər üçün sınaq seçimi – Tarix açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəştli mənzillər üçün sınaq seçimi – Tarix açıqlandı

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.

Bu barədə Axar.az-a MİDA-dan məlumat verilib. Bildirilib ki, vətəndaşlar mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, Elektron İmza və ya Asan İmza sertifikatlarından və texniki avadanlıqlardan istifadə bacarıqlarını təkmilləşdirmək istəyirsə, 12 yanvar 2019-cu il tarixində saat 11:00-dan 11:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi etməlidir:

“Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi 25 yanvar 2019-cu il tarixində Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında “108” çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur”.

Tarix
2019.01.08 / 10:39
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla