Yuxarı

Azərbaycan bəbirlərin xilası üçün plan hazırlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinə dair Milli Fəaliyyət və Strategiya Planının hazırlanmasına başlayır.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlanılıb.

Qeyd edək ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) "Qırmızı Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib.

Keçən əsrin 60-cı illərindən, ümumiyyətlə, bəbirlərin Azərbaycan ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmasa da, hazırda bu növ Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə "Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı" qəbul edilib.

Tarix
2014.11.05 / 01:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla