Yuxarı

Ölkədə ən çox qar düşən kənd: şəlalə dondu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.

Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.

Qırız kəndinə səyahət zamanı çəkilən fotoları təqdim edirik:

Tarix
2019.01.09 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla