Yuxarı

QMİ: "Aşurada baş verənlər İrana təxribatdır"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən eksklüziv açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb.

Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: "Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz".

Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, o cümlədən Nardaranda məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.

Tarix
2014.11.06 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla