Yuxarı

Bakının mərkəzində aksiya - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Fəvvarələr Meydanında gənclər aksiya keçirib.

Axar.az-ın əməkdaşı xəbər verir ki, bir qrup gənc 9 noyabr Bayraq Günü münasibəti ilə şəhərin mərkəzində toplaşıb. Gənclər əldə üçrəngli bayrağımızı dalğalandıraraq bayramı qeyd ediblər.

Piket Azərbaycan Tələbə-Gənclər Birliyi tərəfindən təşkil olunub. Aksiyada iştirak edən gənclər dövlət bayrağına hörmət və sevgini vətənpərvərliyin təbliğində əsas simvol hesab etdiklərini açıqlayıblar. Qeyd ediblər ki, bu cür tədbirlər hər zaman keçirilməlidir və gənclər təşkilatları birgə aksiyalar təşkil etməlidirlər.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycan növbəti dəfə müstəqillik əldə etdikdən sonra üçrəngli və ay-ulduzlu bayraq ölkəmizin dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tarix
2014.11.06 / 15:33
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla