Yuxarı

76 dövlət əmlakı özəlləşdirilir - Hərrac

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

ƏMDK-dən Axar.az-a verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin edib. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümumilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, biri isə qeyri-yaşayış sahəsidir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrindən 4-nə, ümumilikdə 20 sifarişin qeydə alınması vətəndaşların fəal iştirakını və yüksək marağını göstərir. Rəqabətli hərracda ilkin qiyməti 6 min manat olan “Kia Optima” markalı avtomobili qalib iştirakçı 10 min 100 manata özəlləşdirib. Eyni markadan olan, 4 min manat hərrac qiyməti təyin edilmiş digər bir nəqliyyat vasitəsi üçün iştirakçı son qiymət olaraq 6 min manat təklif edib. Vətəndaşlar tərəfindən özəlləşdirilən digər avtomobillər isə QAZ, “Fiat”, “Nissan” və UAZ kimi markalara aiddir.

Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Səbail, Xəzər və Sabunçu rayonlarında yerləşir. Səbail rayonu, Ş.Allahverdiyev küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 82,2 kvadratmetrdir. Yanacaqdoldurma məntəqəsi kimi istifadə olunmuş obyekt investor tərəfindən 2 min 500 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Buzovnadakı mağazanın isə ümumi faydalı sahəsi 211,2 kvadratmetrdir. Biləsuvar rayonu, Nəsimikənd kəndində yerləşən yardımçı təsərrüfatın ümumi faydalı 121,6 kvadratmetr təşkil edir. Bu dövlət obyektinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialının artırır. Xidmət fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahəsi isə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşir. Özəlləşən bu obyektin ümumi faydalı sahəsi 352,7 kvadratmetrdir.

Komitə tərəfindən növbəti hərrac yanvarın 22-də keçiriləcək. Həmin hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir.

Tarix
2019.01.15 / 14:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Paşinyan Bakının əsas tələbini qəbul etdi

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Hersoqun Bakı səfəri niyə ləğv edildi? – Sensasion səbəb

İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Birinci xanım Dirçəliş Günü münasibətilə paylaşım etdi

Türkiyə Azərbaycanı təbrik etdi

Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla