Yuxarı

Sabiq MTN əməkdaşına hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vüqar Allahverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar Allahverdiyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə telefonla danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanıb.

O, özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə, həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib, naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000 manat, Firdovsi Məmmədovdan 2500 manat, Namiq Həsənovdan 3000 manat tələb edib.

Həmin şəxslər tələb olunan pulları Vüqar Allahverdiyevə veriblər.

Vüqar Allahverdiyev eyni niyyətlə İradə Məlikovadan tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd edib.

İstintaq orqanı tərəfindən Vüqar Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Tarix
2019.01.15 / 14:19
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla