Yuxarı

Nazir 700-ə yaxın əməkdaşını cəzalandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir 700-ə yaxın əməkdaşını cəzalandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn bu tədbirlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və vətəndaşlarla münasibətlərin şəffaf qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində başlıca prinsiplərdən biridir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, xüsusilə əhali ilə sıx təmasların mövcud olduğu yerli strukturların fəaliyyətinə, onlar tərəfindən sosial proqramların, o cümlədən özünüməşğulluq proqramının icrasına nəzarət həyata keçirilir, vətəndaşlar tərəfindən daxil olan şikayətlər operativ araşdırılır. Fəaliyyətində, vətəndaşlara xidmətlərdə nöqsanlara yol verən, dövlət qulluqçularının etik davranış qaydalarına zidd elementlər aşkar edilən əməkdaşlarla bağlı aidiyyəti tədbirlər görülür, hər hansı qanun pozuntularının aradan qaldırılması təmin edilir.

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

Tarix
2019.01.15 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla