Yuxarı

Yolda maşında nasazlıq yaranarsa, bunu edin - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yolda maşında nasazlıq yaranarsa, bunu edin - BNA

Dayanma, durma və parklanma qaydalarının tənzimlənməsi və bu qaydaların pozulmasına görə protokolların yazılması Bakı Nəqliyyat Agentliyinin tabeliyinə keçdikdən sonra sürücülər arasında bir sıra narazılıq və anlaşılmazlıqlar yaranıb.

Axar.az xəbər verir ki, paytaxt sakini Anar Qədirov maşınında yaranan nasazlıq səbəbindən yolun hərəkət hissəsində avtomobilini dayandırdığını, BNA-nın müşahidə kameralarının isə bunu xəta kimi qeydə alaraq, ona cərimə yazdığını bildirib.

Məsələ ilə bağlı açıqlama yayan BNA bu kimi halların yaşanmaması üçün sürücülərdən texniki nasazlıq zamanı qəza dayanması işıq siqnalını yandırmalarını və ya qəza dayanması nişanını quraşdırmalarını xahiş edib:

“Vətəndaşların dayanma və durma, parklanma qaydaları barədə məlumatsızlığı bir sıra anlaşılmazlıqların yaranmasına səbəb olur. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaratdıqda, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda, sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur. Əlavə olaraq bildirək ki, bu kimi hallarda sürücülərin qeyd olunan məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə fərdi qaydada və ya [email protected] elektron ünvanına da müraciəti əsasında məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər”.

Tarix
2019.01.15 / 17:04
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla