Yuxarı

Aqrar Xidmətlər Agentliyi bu işləri görəcək – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqrar Xidmətlər Agentliyi bu işləri görəcək – Rəsmi

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir.

Bu barədə Axar.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir:

“Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

1. baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti;

2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini;

3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək”.

Nazirliyin məlumatına görə, ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni agentliyə keçir:

“Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək.

Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq.

İmzalanan Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib”.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında 4 qurum ləğv edilərək əvəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Tarix
2019.01.15 / 17:11
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla