Yuxarı

Bu gecə sular donacaq? – “Azərsu” hazırlıq görür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ölkədə müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq, dünən Azərsu ASC və rayon su-kanal idarələrinin rəhbərləri ilə geniş iclas keçirilib. Lazımi tapşırıqlar verilib. Həmin günlər rayon su-kanal idarələri və Azərsu ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gecədən etibarən ölkə ərazisində müşahidə olunacaq soyuq hava, güclü külək və çovğun xəbərdarlığı ilə əlaqədar olaraq sözçüsü olduğu qurumun gördüyü işlər barədə danışarkən bildirib.

A.Cəbrayıllı qeyd edib ki, təmsil etdiyi qurumun bütün heyəti iş başında olacaq:

“Bakıda temperatur +2 dərəcəyə qədər düşəcək. Şaxta gözlənilmir. Ancaq fövqəladə, güclü küləyin olacağı bildirilib. Bununla bağlı dünən Azərsu ASC və rayon su-kanal idarələrinin rəhbərləri ilə geniş iclas keçirilib. Lazımi tapşırıqlar verilib.

Bilirsiniz ki, Azərsu ASC bəzi yerlərdən suyu nasoslarla vurur. Bu səbəbdən nasosxanalar da gücləndirilmiş iş rejimində çalışacaq”.

Qurum sözçüsü bildirib ki, əhalinin, xüsusilə Bakı şəhərinin fasiləsiz olaraq əvvəlki qaydada içməli su ilə təmin edilməsi üçün qurum tam gücü ilə çalışacaq.

Yeri gəlmişkən bildirək ki, sabah Bakıda +2 dərəcə temperatur gözlənilsə də, əhalini ən çox narahat edən su borularının donmasıdır. Suyun donması üçün -1 dərəcə temperatur lazım olduğunu nəzərə alsaq, deyə bilərik ki, sabah Bakı əhalisini belə bir problem gözləmir.

Lakin istənilən fövqəladə hala qarşı mütəxəssislər müəyyən məsləhətlər verib.

Mütəxəssislərin fikrincə, evlərə gedən suyun donmaması üçün şaxtalı havalarda su krantını azacıq açıq saxlamaq kifayət edir. Hətta beşmərtəbəli binada iki mənzildə suyun açıq qalması kifayət edir ki, su boruları donmasın.

Əhali şaxtalı havada suyun donmasını, boruların partlamasını istəmirsə, xətləri açıq qoymalıdır.

Həmçinin su sayğacı açıq havada, bayırda quraşdırılan sakinlər sayğacları qorumalıdır ki, su donmasın.

Əgər su borusu donubsa, vətəndaşlar qaynar suyu donmuş borunun üzərinə tökməklə 3-5 metrlik hissəni açıb, suyla təminatı bərpa edə bilər.

Tarix
2019.01.16 / 14:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla