Yuxarı

Rufiz Qonaqov Türkmənistan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rufiz Qonaqov Türkmənistan səfiri ilə görüşdü

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Türkmənistan Respublikasının Azərbaycandakı sövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Rufiz Qonaqov mərkəzin cənubi Qafqazda, Xəzəryanı və Türkdilli ölkələrdə gedən prosesləri yaxından izlədiyini və tədqiq etdiyini deyib.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev bildirib ki, Xəzər dənizi Azərbaycanla Türkmənistanın dostluğuna, onların tarixinin, adət-ənənələrinin oxşarlığına, türkdilli və oğuz qrupuna daxil olmalarına təsir göstərib. Bu gün Azərbaycanla Türkmənistan sıx dostluq və qardaşlıq çərçivəsində fəaliyyət göstərir.

Rufiz Qonaqov isə öz növbəsində bildirib ki, Azərbaycanla Türkmənistan Respublikasının əlaqələri günü-gündən inkişaf edir və ötən ilin avqustunda Xəzərin statusu ilə bağlı Konvensiya imzalanıb. Bu Konvensiya Xəzəryanı ölkələri bir daha əməkdaşlıq çərçivəsində birləşdirib.

Sonda səfir qeyd edib ki, bu ilin yayında Türkmənistanda Xəzər günü və forumunun keçirilməsi planlaşdırılır və bu da Xəzəryanı ölkə kimi Türkmənistanın Konvensiyaya verdiyi diqqət və önəmi göstərir.

Görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Tarix
2019.01.24 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla