Yuxarı

Qarabağ terrorçuları azərbaycanlı girovu azad etdi - Təcili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:59

Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Lragir.am” saytı yayıb. Onun fevralın 2-də həbsdən azad edildiyi vurğulanıb.

“Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin mətbuat katibi David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib. Onun Azərbaycana geri qayıtmaqdan imtina etdiyi vurğulanıb.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunu girov götürüb.

Azərbaycan Müdafiə Nazirliyi də dərhal məsələ ilə bağlı bəyanat yayaraq, ermənilərin əlinə düşən E.Hüseynzadənin mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunduğunu, hazırda hərbi xidmətdə olmadığını bildirdi.

Həmin il fevral ayının 5-də isə qondarma rejim məhkəməsi Elnur Hüseynzadə barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul etdi.

***

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasidan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb:

“Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır”, - deyə məlumatda qeyd olunub.

Tarix
2019.02.05 / 15:47
Müəllif
İlkin, Firuzə
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla