Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2019


Nazirlikdən şad xəbər: maaşlar yenə artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

Publika.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır: “Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəkilində verilməsi qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər: "Bu, düzgün yanaşma deyil. Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək.

Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq. Nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.

Əbülfət Məhərrəmovun sözlərinə görə, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: “Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir".

Tarix
2019.02.11 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlılara hər cür şərait yaratmağa hazırıq - Qubernator

Bu yolun təmir-bərpası niyə gecikir? - Açıqlama

Məmmədov bu ölkədə Baş prokurorun müavini təyin edildi

Vergidən yayınan ən böyük şəbəkə... - Video

Məşhur türk idmançı Azərbaycanı belə təbrik etdi - Foto

Ölkəmizə qarşı növbəti təxribatçı çağırış... - Etiraz

16 il: yeni mərhələdə yüksəlişin təminatçısı

DTX-nin Mədəniyyət Mərkəzində forum - Foto

Qanunsuz aksiyaya imkan verilməyəcək - Bakı polisi

Heydər Əliyev Fondu ilə UNİSEF memorandum imzaladı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla