Yuxarı

Prezident evi uçan qadınla bağlı göstəriş verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Beyləqan rayonunda səfərdə olub. Beyləqanda yerli sakinlərlə görüşən dövlət başçısı onların problemlərini dinləyib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini olan yaşlı qadın evinin yararsız vəziyyətə düşdüyünü və bərpa etmək imkanının olmadığını deyərək, Prezidentdən kömək istəyib.

Dövlət başçısı onun evinin hansı səbəbdən uçduğunu soruşub. Vətəndaş evin istismar müddətinin bitdiyini və köhnəldiyi üçün yararsız vəziyyətə düşdüyünü söylədikdə, dövlət başçısı ona yeni ev veriləcəyini bildirib.

“Problem qısa müddətdə həll ediləcək. Sizə Beyləqanda tikiləcək 36 mənzilli binadan ev veriləcək”, - deyən dövlət başçısı problemin həlli ilə bağlı müvafiq tapşırıq verib.

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 13-də “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Tarix
2019.02.14 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla