Yuxarı

Dünya bu konfransdan yazacaq - Prorektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumu (Economic Social Development - ESD) tərəfindən “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Axar.az xəbər verir ki, UNEC-in prorektoru prof. Sakit Yaqubov tədbir haqqında məlumat verib. O bildirib ki, konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub:

"Davamlı inkişaf sosial-iqtisadi problemlər kontekstində aktual çağırışdır. UNEC qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi edib".

Daha sonra çıxış edən Təhsil Nazirliyinin şöbə müdirinin müavini Şahin Bayramov isə bildirib ki, konfrans yerli alimlərimiz üçün böyük əhəmiyyət daşıyır:

"Bu konfransda iştirak edən alimlərimizin digər ölkələrin alimləri ilə birgə əməkdaşlıqları start götürəcək. Konfransın nəticələri barədə nüfuzlu elmi jurnallarda məqalələr nəşr olunacaq".

Daha sonra beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula 37-ci konfransın Azərbaycanda UNEC-in dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Tədbir dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam etdirilib.

Qeyd edək ki, konfransda Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Statistika Komitəsinin, Auditorlar Palatasının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadçı müxbir üzvləri Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmiləri iştirak edib.

Tarix
2019.02.14 / 11:49
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla