Yuxarı

Bu qurumlar özəlləşsin, ucuz kreditlər üçün… - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhmdar cəmiyyətlər hamısı birlikdə bu il büdcəyə cəmi 3,5 milyon manat vergi verəcəklər. Faktiki olaraq bunlar səmərəsiz fəaliyyət göstərən qurumlardır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində deyib. O bildirib ki, bu qurumların hamısı özəlləşdirilməlidir.

Q.Həsənquliyev özəlləşməsini istədiyi qurumların da adını şəkib: “Azərişıq”, “Azərenerji”, “Azəristilik”, “Azərsu” və s. kimi böyük xidmət sahələri, o cümlədən SOCAR və AZAL.

O, həmçinin bildirib ki, nəqliyyat sistemini əvvəl sahibkarlara vermişdik, indi yenidən hökumət Bakı Nəqliyyat Agentliyini yaratdı və bu sistemi idarə etməyə başladı.

Millət vəkili qeyd edib ki, Dövlət Neft Fondu yaranandan pulların bir hissəsinin yerli özəl banklarda yerləşdirilməsini təklif edib:

“Bunu bir neçə səbəbə görə təklif etmişdim. Birinci, Azərbaycan vətəndaşları öz pullarını xaricə çıxarmasın, görsün ki, hökumət bizim özəl banklara etibar edir, onlar da pullarını gətirib ölkənin özəl banklarında saxlasın. İkincisi, vətəndaşlarımızın ucuz kreditlərə çıxışı olsun. Üçüncüsü, banklar da inkişaf etsin. Əgər biz sahibkarların ucuz kreditlərə çıxışını təmin edə bilməsək, indiki kredit faizləri ilə heç bir sahibkar kredit götürüb ondan rentabelli biznes sahəsi qura bilməz”.

Tarix
2019.02.22 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla