Yuxarı

Hindistan Azərbaycanla əlaqələrə xüsusi önəm verir – Görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Azərbaycanla əlaqələrə xüsusi önəm verir – Görüş

Millət vəkili Qənirə Paşayeva heyəti Şri-Lankanın paytaxtı Kolomboda keçirilən “Qadınların gələcəyi 2019” adlı II beynəlxalq konfrans çərçivəsində Hindistan nümayəndə heyəti ilə görüş keçirib.

Axar.az xəbər verir ki, millət vəkili və Azərbaycanın bir qrup fəal qadını görüş zamanı Hindistan nümayəndə heyətinin üzvlərinə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı və iqtisadi imkanları barədə geniş məlumat veriblər.

Görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından da bəhs edilib.

Hindistan nümayəndə heyətinin üzvləri Azərbaycanla əməkdaşlığın və dostluğun inkişafına önəm verdiklərini bildiriblər və münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə qadın siyasətçiləri, iş adamları, QHT və KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi də xüsusilə vurğulanıb.

Görüşün sonunda Hindistan nümayəndə heyəti ölkəmizə dəvət edilib və onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edilib.

Tarix
2019.03.02 / 16:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla