Yuxarı

Prezidentə təqdim olunan məktublar nəzarətə götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə təqdim olunan məktublar nəzarətə götürüldü

Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.

Azərtac xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir. “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

Tarix
2019.03.09 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla