Yuxarı

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçirildi

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması Bakıda ilk dəfə olaraq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.

Axar.az xəbər verir ki, blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki tədbirdə iştirak etmək üçün müraciət etmiş 52 nəfər arasından seçilmiş 4 komanda (ümumilikdə 13 iştirakçı) yarışıb. “MadBots” və “OfficeGuys” komandaları bütün tapşırıqları uğurla yerinə yetirərək qalib elan ediliblər.

Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər “Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar.

Hachathon yarışmasının sonunda “Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, “Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər.

Xatırladaq ki, keçən ilin sonunda Bakcell şirkəti ilə İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

Tarix
2019.03.15 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla