Yuxarı

AzTV-də qalmaqallı kadr dəyişikliyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-nin sədr əvəzi Rövşən Məmmədov kanalda keçmiş sədr Arif Alışanovun dövründən qalma kadrları işdən çıxarmağa davam edir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, yeni rəhbər bu dəfə AzTV-nin İnformasiya Proqramları Departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.

Buna baxmayaraq, sədr qərarından geri addım atmayıb və F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib.

Yaranan qalmaqalın daha da böyüməsini istəməyən sədr R.Məmmədov F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib.

Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib.

Məsələ ilə bağlı açıqlama verən F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib:

"Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədovla münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.

Tarix
2019.03.15 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla