Yuxarı

Kimlik almaq və dəyişmək neçəyə başa gəlir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimlik almaq və dəyişmək neçəyə başa gəlir?

Şəxsiyyət vəsiqəsinin alınması zamanı tələb edilən dövlət rüsumunun məbləği ilə bağlı tez-tez məlumat verilsə də, hələ də bu haqda informasiyası olmayanlar var. Bunu nəzərə alaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi sosial şəbəkə istifadəçiləri üçün bu məlumatları zaman-zaman paylaşır.

Axar.az xəbər verir ki, 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zamanı tələb edilən rüsumun məbləği isə müddətdən asılı olaraq dəyişir. Belə ki, vəsiqə 10 gün müddətində verildikdə 4 manat, 3 iş günü müddətində verildikdə 20 manat, 1 iş günü müddətində verildikdə 25 manat dövlət rüsumu tələb edilir.

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat rüsum tələb edilir.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə isə 10 gün müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə 45 manat rüsum ödənilir.

Tarix
2019.03.16 / 18:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla