Yuxarı

Lənkəranda sərxoş polis qəza törətdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda dövlət yol polisi əməkdaşı qəza törədib.

Axar.az-a verilən məlumata görə, Lənkəran yol polisinin Hüseynov Tural Abdulhüseyn oğlu adlı əməkdaşı rayon ərazisində özünə məxsus "Mersedes" markalı avtomobilini ağaca çırpıb. Onun qəza zamanı içkili vəziyyətdə olduğu iddia edilir.

Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alan polis əməkdaşının vəziyyəti stabildir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Axar.az-a faktı təsdiqləyərək bildirdi ki, hadisə iki gün öncə baş verib: "Xəstəxanaya Hüseynov Tural Abdulhüseyn oğlu adlı polis işçisi gətirilib. Şilavar kənd sakinidir. Sol körpücük sümüyünün yer dəyişməyən qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb".

Qeyd edək ki, sərxoş olduğu iddia edilən yol polisinin bu qəzasının idarə tərəfindən ciddi narazılıqla qarşılandığı bildirilir. T.Hüseynovun polis sıralarından xaric ediləcəyi gözlənilir.

Tarix
2014.11.27 / 11:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla