Yuxarı

Azərbaycanlı şəhərinə avar rəhbər gətirilir – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənddə azərbaycanlılar arasında gərginlik qalmaqda davam edir.

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbələrdən məlumat verilib.

Mənbə Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyevin Dərbəndə səfərindən sonra vəziyyətin gərginləşdiyini bildirib. Məhz onun Dərbənddəki köklü dəyişikliklərə rəhbərlik etdiyi deyilib. Onun sayəsində Dərbəndin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yəhya Hacıyev təmizləmə əməliyyatına başlayıb. Hacıyev belə bir əmri daha yuxarı instansiyalardan alıb. Üstəlik, azərbaycanlıların qovulduğu vəzifələrə milliyətcə avar və ləzgilər gətirilib.

Mənbəmiz hazırda Dərbənddin yeni rəhbərinin kim olacağı ilə bağlı müzakirələrin getdiyini bildirib. Bu vəzifəyə milliyətcə avar olan şəxsin gətirilmə ehtimalı böyükdür. Bu şəxslər sırasında Dağıstanın keçmiş ədliyyə naziri, milliyətcə avar olan Azadi Rəhimovun şansları daha çox qiymətləndirilir. Həmçinin Prezident Administrasiyasının yeni rəhbəri Aleksey Əliyevlə Rəhimovun münasibətlərinin də yaxşı olduğu iddia edilir.

Qeyd edək ki, bir müddət öncə Dərbənd meri Qurban Qurbanov Ramazan Abdullatipov tərəfindən vaxtından tez istefaya göndərilmişdi. Daha sonra bölgəyə Prezident Administrasiyasının rəhbəri Ramazan Aliyevi göndərən Abdullatipov Qurbanovun əsas dayaqlarını zəiflətməyi bacarmış və buraya Yəhya Hacıyevi müvəqqəti rəhbər təyin etmişdi. Dərbənddəki mənbələr isə Hacıyevi Dərbənd Şərab Zavodunun direktoru milliyətcə avar olan Maqomed Sadullayevin idarə etdiyini bildirmişdi.

Tarix
2014.11.29 / 09:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla