Yuxarı

Nazir: "Bizim kəlağayı qələbəmiz böyük uğurdur"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: "Bizim kəlağayı qələbəmiz böyük uğurdur"

Azərbaycanın kəlağayı qələbəsi bizim ən böyük və yeni uğurumuzdur".

Report.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Biz çövkəni, Novruz bayramını, muğamı, saz musiqisini özümüzünkü edə bildik. Biz bu qələbəyə imza atdıq. Bu, Azərbaycanın, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun uğurudur", - nazir deyib.

Nazir vurğulayıb ki, bu, sevindirici haldır: "Biz sevinməliyik. Yaxşı olardı ki, həm xalçaçılıq, həm də muğam, tar, saz musiqisi daha da çox təbliğ olunsun".

Ə.Qarayev vurğulayıb ki, yaxın günlərdə kəlağayı ilə bağlı daha təmtəraqlı təqdimat keçiriləcək. Tədbirdə kəlağayı ustaları, bu işin üzərində çalışanlar, YUNESKO-da kəlağayının qəbul edilməsində rolu olan ən sıravi adamlara qədər hamı iştirak edəcək.

"Lavaş haqqında danışıldı və zərbə kəlağayıya dəydi. Çünki lavaşı o qədər pis yerə çəkib, yazıb-pozdular ki, kəlağayının qələbəsini yaşaya bilmədik. Amma biz bunu siyahıya sala bilmişik. Gələn il biz bilmirik ki, ermənilər YUNESKO-nun müvafiq siyahısına nəyi salmağa cəhd edəcək. Bizim bundan 2-3 ay əvvəl xəbərimiz olur. Ermənilər gələn il ola bilər ki, dolmanı və ya hansısa bir rəqsimizi də o siyahıya salmağa cəhd etsin".

Tarix
2014.12.02 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla