Yuxarı

Polis Gəncədə əməliyyat keçirdi: 4 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Gəncədə əməliyyat keçirdi: 4 nəfər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram, Elvin Nağıyevin üzərindən 1.9 qram, Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibində dörd bükümdə ümumi çəkisi 235.08 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2019.04.12 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla