Yuxarı

“Azərsu” ilə sayğac davası - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu” ilə sayğac davası - Açıqlama

Bakıda yaşayış evlərində su sayğaclarının sıradan çıxması halları artıb. Paytaxtda qeyri-sabit hava şəraiti mənzilərdə, fərdi yaşayış evlərində bu problemi yaradıb.

Axar.az-a şəhər sakinlərinin verdiyi məlumata görə, sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması tez-tez baş verir. Bu da öz növbəsində abonentlərlə "Azərsu" ASC-ni üz-üzə qoyur. Bir çox hallarda abonentlər tələb edirlər ki, onların sıradan çıxan su sayğaclarını yenisi ilə aidiyyəti qurum əvəzləməlidir. Qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görülsə də, bu problemdən birdəfəlik azad olmaq mümkün deyil.

"Azərsu" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. Yəni mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa, onların yeniləri ilə əvəzlənməsi abonentlərin vəsaiti hesabına həyata keçiriləcək.

Tarix
2014.12.05 / 08:30
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla