Yuxarı

Bu rayonlarımıza qar yağdı, yollar buz bağladı - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:08

Ölkəmizin bəzi regionlarına yağan qar aprelin 19-u axşam saatlarından başlayaraq Daşkəsən rayonunda da müşayiət olunub.

Axar.az xəbər verir ki, dağlıq ərazidə qarın hündürlüyü 20-25 sm, rayon mərkəzində isə 10-15 sm olub. Nəqliyyatın hərəkətində heç bir problem yaranmayıb.

Hazırda qarlı hava davam edir.

Həmçinin Lerik və Yardımlıya da qar yağıb.

Bu barədə Azərtac-a Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib. O bildirib ki, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimerdir.

Qeyd edək ki, ötən gecə Quba və Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb.

Report-un məlumatına görə, Lerikin yuxarı ərazilərinə yağan qar fəsadlar yaradıb. Rayonunun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb. Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görür. Kənd sakinlərinin bildirdiyinə görə ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib. Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy ərazisində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.

Tarix
2019.04.20 / 12:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla