Yuxarı

Nazir müavini: “Məktəb direktorları tərbiyəyə diqqət etmirlər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini: “Məktəb direktorları tərbiyəyə diqqət etmirlər”

"Çox vaxt məktəb direktorları yalnız tədrisdən söhbət aparırlar. Ancaq tərbiyə məsələsinə gəlincə buna diqqət etmirlər. Biz onlardan rəhbərlik etdikləri məktəblərdə nə qədər zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda zərərli vərdişlərə meyilli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmirlər".

Report xəbər verir ki, bunu Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanov "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidir: "Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda, sağlamlıqları zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur.

Direktorlardan soruşsaq ki, rəhbərlik etdiyiniz təhsil müəssisələrində nə qədər zəif təhsil alan şagird var bunu bilməyəcəklər. Lakin direktorlar bunu əzbər bilməlidir. Uşaqlar təhsildə formalaşırlar. Çünki günlərinin çox hissəsini təhsil ocaqlarında keçirirlər. Buna görə də onların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır".

Tarix
2014.12.05 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla