Yuxarı

İt dişləməsindən ölən gəncin atası danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 17-si Ağstafa rayon sakini olan Həsənli Cavid Qəhrəman oğlu it tutmasından dünyasını dəyişib.

Atasının Bizimyol.info-ya danışdıqlarına görə, oğlunu həyətə gələn balaca bir it dişləyib, yarası isə sadəcə olaraq bir cızıqdan ibarət olub. Buna məhəl qoymayan və cüzi bir şey olduğunu zənn edən oğlu isə 37 gün sonra işıqdan və sudan qorxmağa başlayıb. Atası onu mollaya aparıb qorxuluğunu götürtmək üçün Quran oxutdursa da, həkimlərə üz tutsa da xeyiri olmayıb, oğlu Bakıya gətirilərkən Hacıqabulda ağzından köpük gələrək can verib:

“Mart ayının 9-da yoldaşımın xəstliyi ilə bağlı poliklinikaya getmişdim. Bu ərəfədə həyətimizə balaca bir it girib, boğazında xaltası da var imiş. Uşaqlar tutub xaltasın boğazından açıblar. Oğlum Həsənli Cavid Qəhrəman oğlu da bu iti cücələrə cumduğuna görə tutub, istəyib ki, iti tutub həyətdən uzaqlaşdırsın. Bu zaman it özünü müdafiə etmək istəyəndə oğlumun sol əlinin barmağını dişləyib. Cüzi yaralanma var idi, sanki iynənin ucu ilə cızılmışdı sədəfinin qırağı.

Elə dərhal da yaranın yerinə yod çəkib. Həyat yoldaşım dedi ki, belə bir hadisə olub, dedim ki, göndər gəlsin poliklinikaya. Hadisədən 20 dəqiqə sonra oğlum gəldi onu Ağstafada poliklinikada peyvənd vurdurdum. Həkim mənə dedi ki, 3 gündən sonra gəlin birini də vuracağıq, ondan 3 gün sonra isə daha biri vurulacaq. Bir dənə də atma dərman yazdılar. Hətta həmin atma dərmanı mən özüm aldım aptekdən.

Oğlum də əsgərliyini çəkib gəlib, tikintidə filan işləyirdi möhkəm uşaq idi. Heç zədəsi də elə bir ciddi zədə deyildi, sadəcə cızılmışdı. Oğlum dedi ki, ay ata mən pəhləvan kimi oğlanam bu cızıqla nə olacaq ki, məni camaatın içində biabır eləmə, nə dərman, nə dava… Bu işdə mən özüm də, oğlum da səhlənkarlıq, naşılıq elədik. Elə dərman adı tutan kimi deyirdi ki, əşi bu nədir ki, belə, ağrısı yox, acısı yox.

Hadisənin üstündən 36 gün keçdi, oğlum kəndə çıxmışdı dostları ilə. Axşam evə həmişəkindən tez gəldi. Soruşdum ki, ay Cavid nə əcəb belə tez gəldin evə, ağrıyıb eliyirsənmi? Dedi yox, ağrımıram. Amma gördüm ki, davranışları qəribədir, heç xoşuma gəlmədi vəziyyəti. Çıxdı yenə bayıra hava aldı, gəldi evə, hamamlandı qalxdı otağına yatmağa. Yarım saat keçdi gördüm qayıtdı aşağı. Gördüm bir yerdə durmur, hərəkətləri qəribələşib. Dedim həkimə aparım, dedi yox, keçib gedəcək. Yenə qalxdı yuxarı amma dedi ki, sol qolum göynəyir. Yatdı, səhərisi gün sudan qorxmağa başladı, hətta işıq düşəndə deyirdi pərdəni çək, mən də apardım molla yanına, Quran oxudu ki, qorxuluğu götürülsün amma yenə xeyiri olmadı. Sonra apardım oğlumu həkimə. Əvvəlcə Qazax rayon diaqnostika mərkəzinə apardım bunu. Orda yoxlandı, həkim dedi heç bir şeyi yoxdu amma oğlunuzu nevroloqa göstərin. Ağstafaya qayıtdıq, nevroloqa getdik dedi bir şey yoxdur. Mən nigaran olduğum üçün infeksiyon şöbənin həkiminə yaxınlaşdım, hadisəni danışdım. O həkim də uşağa peyvənd vuran həkimə zəng elədi, həkim də dedi ki, mən mart ayının 9-u ona peyvənd vurmuşam. Yenidən gətirdilər oğluma iynə vurdular. Dedim ki, bu nə iynəsidir, dedilər ki, quduzluğa qarşıdır. Mən quduzluğun əlamətlərin soruşdum, dedilər ağzından selik-köpük gəlməlidir. Mən də dedim axı elə bir şey olmayıb. Onlar isə bu əlamətlərin hadisənin 37-ci günü olacağını dedilər. Biz inanmadıq. Amma hiss edirdim, hiss edirdim ki, oğlumun danışığı, davranışı ürəkaçan deyil. Amma oğlum yenə mənə təsəlil verdi ki, nə olub ay ata, mən pəhlivan kimi oğlanam, heç nəyim yoxdur.

Sonra həkimlərə dedim ki, əgər sizin bunu sağaltmağa gücünüz çatmırsa deyin mən oğlumu Tiflisə, İrana, Bakıya aparım müalicə elətdirim, görüm dərdi nədir. Mənə dedilər ki, onu aparmaq məsləhət deyil. Mənə baş verən proseslər haqqında tam məlumat vermədilər. Mənə dedilər ki, siz o iti tapa bilərsinizmi? Mən də dedim ki, o iti hardan tapım, 36 gün bundan qabaq olmuş hadisədir, mən nə bilim o it hardadır? Mən maraqlandım ki, iti niyə axtarırsınız, dedilər ki, əgər o it quduzdursa, 10 gün müddətinə ölməlidir. Maraqlanın görək o it durursa, onun başını kəsib göndərək analizə ki, quduzluğu təyini edilsin.

Mən çox təkid elədim ki, övladımı verin mən aparım görüm harda müalicəsin tapıram. Çox təkiddən sonra icazə verdilər. Göndəriş vərəqəsinə quduzluq da yazmadılar. Nevropotoloji bir xəstəlik adı yazdılar. Gəncəyə gətirdim, orada oğlumun ağrısı tutdu, şoka düşdü, ağzından köpük gəldi, artıq əmin olduq ki, oğlumuzun dərdi nədir. Həkimlərin ciddi səyi nəticəsində oğlum ayıldı və tam normal vəziyyətə gətirildi. Bakıya gətirəndə Hacıqabulda yenə ağrısı tutdu. Ağzından eyni qaydada köpük gəlməyə başladı eləcə yolda da əlimizdə öldü oğlum.

Qayıtdıq Ağstafaya, oğlum Ağstafada məsciddə idi. Xəstəxananın baş həkiminə müraciət etdim ki, oğlum ölüb, sabah hansısa başqa söhbətlər çıxar, oğlum qəbirdən yenidən çıxarılmalı olarsa o işləri indi görün, sabah mən digər məsələlərə razı olmayacam. Oradan mənə deyildi ki, siz şikayətçisiniz? Dedim yox, mənə daha olan olub, mən heç kimdən şikayətçi deyiləm. Dedilər gedib bu barədə prokurorluğa məlumat verin. Getdim prokurorluğa, prkurorun köməkçisinin yanına girdim, danışdım vəziyyəti. Mənə deyildi ki, əgər sizin şikayətiniz yoxdursa, o zaman nə qazma, meyiti qəbirdən çıxartma filan olmayacaq, gedin dəfninizi edin. Mən də bildirdim ki, şikayətçi deyiləm amma həkimlər məsələnin ciddiyyətinə varmalı idilər və məcbur etməli idilər o iynələrin davamlı vurulması üçün təkid etməli idilər. Nəticədə bir insan həyatı qurban getdi.

Nazirlik səviyyəsinə, dövlət səviyyəsində bununla mübarizə aparmaq lazımdır. Kəndin içində üyzlərlə it var, nə bilirik ki, hansı quduzdu? Bunların qarşısı alınmalıdır. O hadisədən sonra Ağstafa rayon Baytarlıq idarəsindən gəliblər, həyətyanı itimizi dərmanlayıb, iynələrin vurublar amma artıq gecdir…

Bizə də oğlumla təmasda olduğumuza görə iynələr vurulur. 5 dənə iynə vurulmalıdır bizə. Onun 2-si vurlub, digər 3-ü də vurulacaq. Yoluxma olmasın deyə. Düşünürəm ki, artıq gecdir, kaş ki, vaxtında edilərdi hər şey, məcburən edilərdi, belə hadisə başımıza gəlməzdi”.

Tarix
2019.04.23 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla