Yuxarı

Bakıda qadına qarşı quldurluq edən qardaşlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadına qarşı quldurluq edən qardaşlar saxlanılıblar.

DİN-dən Axar.az-a verilən məlumata görə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X.Əhmədovaya qarşı quldurluq edib.

Naməlum şəxslər qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəyə çevik reaksiya verilib. Binəqədi Rayon Polis İdarəsi İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Ruslan və Nurlan Həsənzadələr barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi RPİ müraciət edə bilərlər.

Tarix
2019.05.02 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla