Yuxarı

Qənirə Paşayeva Ərşad Salehi ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva Ərşad Salehi ilə görüşdü - Foto

Millət vəkili Qənirə Paşayeva ölkəmizdə səfərdə olan İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi və onun rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmanların durumu, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanı “qardaş vətən” adlandıran Ərşad Salehi İraq türkman təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb. O, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.

Q.Paşayeva Ə.Salehinin rəhbərlik etdiyi heyətin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə inandığını deyib. Deputat BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin İraq türkmanlarının vəziyyətinə laqeyd münasibətini qınayıb.

O bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmanlarına ciddi dəstək istiqamətində addımları artırmalıdır.

Görüşün sonunda Q.Paşayeva İraq Türkman Cəbhəsinin lideri, millət vəkili Ərşad Salehi və İraq türkmanlarını təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib.

Qeyd edək ki, Ə.Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Məclisi, hökumətdə bir sıra qurumların rəhbərləri ilə görüşlər keçirib və Azərbaycan-İraq münasibətlərinin, Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıb.

Tarix
2019.05.06 / 15:31
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla