Yuxarı

Sumqayıt bulvarı genişləndirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt bulvarı genişləndirilir - Foto

Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.

Axar.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev sosial şəbəkə hesabında məlumat paylaşıb.

E.Qocayev bildirib ki, hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir:

“Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.

Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otağının da inşa edilməsi planlaşdırılır.

Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək”.

E.Qocayev bildirib ki, bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.

Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.

Tarix
2019.05.07 / 15:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla