Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün ikinci yarısında havanın arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Tarix
2019.05.23 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla