Yuxarı

Bu, Rusiya və Azərbaycana ziyan vurur - Qubaydullin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi cinayətlər həm Azərbaycanın, həm Rusiyanın, həm də MDB üzvü olan digər ölkələrin iqtisadiyyatına ciddi ziyan vurur.

Axar.az xəbər verir ki, bunu Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası barədə danışan Rusiya Federal Gömrük Xidmətinin müavini Oleq Qubaydullin deyib.

O bildirib ki, iclasın keçirilməsində əsas məqsədlərdən biri iqtisadi cinayətlərə qarşı mübarizədir:

“Digər vacib məsələlərdən biri də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədir. Ona görə də biz birgə əməkdaşlıq formasına daha çox diqqət yetiririk. Xarici ölkələrdəki həmkarlarımızla birgə fəaliyyətimiz nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb. Fikrimcə, bu işin təşkilində bizim böyük rezervlərimiz var”.

Oleq Qubaydullin vurğulayıb ki, qanun pozuntularının əsas növləri pulların və malların qanunsuz tədarükü, həmçinin narkotik qaçaqmalçılığıdır.

Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev isə bildirib ki, iclasda əsasən MBD çərçivəsində fəaliyyət göstərən gömrük komitələrində baş vermiş hüquq pozuntu faktlarının araşdırılması, başvermə səbəbləri və onların qarşısının alınması müzakirə olunur. O qeyd edib ki, iclasın sonunda yekdil qərar qəbul ediləcək.

Tarix
2019.05.23 / 15:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla