Yuxarı

Babam AXC zamanı xəfiyyə olub, sonra rəis... - General

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.

Axar.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev deyib.

Onun sözlərinə görə, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin şahidi olub:

"Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­mişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olmuşdur. 1930-cu ilin noyabrın 28-də Gən­cədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, dünyasını dəyişib. Amma mən bu barədə yox, bugünkü reallıq­dan danış­maq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illər­də, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­çılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azər­baycanda o fəlakəti, o böhranı, hərc-mərcliyi, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi".

M.Quliyev bildirib ki, belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı: "Faktiki olaraq 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum, qiyam başladı və belə bir anda xalqımız, qədirbilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdi, xahiş elədi. Artıq mən bu vəzifədən görürəm ki, on­lar, o siyasi dəstələr digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunurdu və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".

DTX rəisi əlavə edib ki, Ulu öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoy­araq Bakıya qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu:

"Bu gün Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə yaşayırıq. Azər­bay­canı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, halbuki reallıq­da yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik. Biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cür təminatı var. Ən əsası da odur ki, ölkəmizə Ulu Öndərin yetişdirdiyi, tərbiyə etdiyi bir siyasətçi – möhtərəm prezi­dentimiz İlham Əliyev Azərbaycana müdrüklüklə, peşəkar­lıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu ki­mi layihələr Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olun­maması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, lazım olsa canımızdan da keçməyə hazır olmalı, vəzifə borcumuzu yerinə yetirməliyik".

Tarix
2019.05.25 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla