Yuxarı

Bakıda “Kakadu” barı bağlana bilər - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “Kakadu” barı bağlana bilər - Özəl

Bakıda adı qalmaqallarda hallanan daha bir gecə barı - "Kakadu" da bağlana bilər. Paytaxtın mərkəzində - Natəvan heykəlinin arxasında yerləşən gecə barı "İnfiniti"də olduğu kimi, bu barın da adı əxlaqsızlıq yuvası kimi çəkilir.

Axar.az-a verilən məlumata görə, bara gələn müştərilərə əxlaqdankənar xidmət təklif olunur. Bu sövdələşmə isə müştəriyə heç də ucuz başa gəlmir. Barda qızın içdiyi 50 qram viskiyə görə azı 50-70 manat da alıb, müştərini soyurlar.

Uzun müddətdir ki, bar adı altında fəaliyyət göstərən "Kakadu" gecə məkanı ilə bağlı artıq araşdırmalar aparıldığı deyilir. Bakı polisinin keçirəcəyi geniş əməliyyat zamanı bu obyektin də qapadılacağı bildirilir.
Xatırladaq ki, Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bar və masaj salonlarında ciddi reydlərə başlanılacağı barədə xəbər ötən gün yayılıb. Bu isə təbii ki, onlarla masaj salonunun və gecə klubunun bağlanması deməkdir.

Bildirək ki, fəaliyyət göstərən bar və masaj salonları əsasən paytaxtın mərkəzi küçələrində cəmləşib. Onların demək olar ki, heç biri təyinatı üzrə fəaliyyət göstərmir. Bir neçə dəfə paytaxt polisi xüsusi reydlər keçirib obyekt sahiblərini cəzalandırsa da, bu, onların işinə mane olmayıb.

Tarix
2014.12.16 / 01:11
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla