Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Avqust 2019


“Nar” “Youth Speak” Forumunda iştirak edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclərin inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, mayn 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş “Youth Speak” beynəlxalq forumunda iştirak edib. Dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir.

Axar.az xəbır verir ki, dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Qeyd edək ki, forum “AIESEC Azerbaijan” və Gənclər Fondunun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə keçirilib.

Forumda rəsmi spiker qismində iştirak edən “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.

“Youth Speak” forumunda həmçinin, "Gender Bərabərliyi" və "İnnovasiyalar” mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək “Nar”ın Korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2019.05.27 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ETM-dən "Vördpress"lə bağlı - Xəbərdarlıq

İlham Əliyev İƏT-in baş katibi ilə görüşdü - Foto

Bakı polisindən xüsusi əməliyyat: Bibixanım tutuldu - Video

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

"Azərsu"nun su boruları oğurlandı

Xaçmazda 15 kənd qazsız qaldı - Səbəb

Bazar günü hava necə olacaq? - Proqnoz

Abel Məhərrəmovun kürəkəni vəfat etdi

BŞBPİ-nin şəxsi heyəti praktik atışlara cəlb olundu

Bakıda 18 manata görə dava: 2 nəfər tutuldu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla