Yuxarı

Rəbiyyət Aslanova: “...Cəmiyyət yaşaya bilməz”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəbiyyət Aslanova: “...Cəmiyyət yaşaya bilməz”

Hüquq pozuntuları biganəlikdən qaynaqlanır.

"Axar.az" xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda keçirilən konfransda çıxışında deyib.

O bildirib ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb:

"Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib".

Beynəlxalq hüququn abstrakt bir anlayış olmadığını deyən R.Aslanova Azərbaycanın öz üzərinə düşən hüquqi vəzifələri yerinə yetirdiyini vurğulayıb:

"Bununla belə, Azərbaycana qarşı bu həssaslıq göstərilmir. Azərbaycanın 1 milyondan çox insanının hüquqları pozulsa da, beynəlxalq qurumla onların hüquqlarını müdafiə etmir".

Tolerantlıqdan danışan komitə sədri söyləyib ki, Azərbaycanda müxtəlif dini inanclı insanlar mehriban şəkildə yaşayır:

"Azərbaycanda heç zaman dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət vətəndaşından ayrı deyil. Ona görə də ölkədə hər bir vətəndaşın hüquq və azadlığının qorunması, onların dini etiqad azadlığının təmin olunması ali məqsəddir. Dövlətlə yanaşı, dini konfessiyalar da cəmiyyətdaxili münasibətlərə müdaxilə etməli və bu münasibətləri saflaşdırmalıdır".

Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyətin yaşaya bilməyəcəyimi deyən Rəbiyyət Aslanova əlavə edib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatmaq mümkündür.

Tarix
2013.12.10 / 15:20
Müəllif
Hüseyn
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla