Yuxarı

Xəstə anasını görməyə getdi, işindən oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Direktor postuna keçəndən sonra mənə qarşı qərəzli mövqeyi ilə seçilən Səxavət Məmmədov adından istifadə etdiyi şəxsləri ləkələyir".

Bu sözləri Axar.az-a Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru İbrahim Salamov bildirib.

İ.Salamov MDDT-nın direktoru Səxavət Məmmədovun müəyyən şəxslərin adı ilə onu hədələdiyini bildirib. O, direktorun öz vəzifəsindən sui-istifadə etdiyini və bunun yolverilməz olduğunu bildirib. İ.Salamov vurğulayıb ki, S.Məmmədov müəssisəni şəxsi ambisiyası ilə idarə edir:

"Ambisiyalı adamdır. Mənim teatrda fəaliyyət göstərməyim onun şəxsi mənfəətinə zidd idi, ona görə işimdən uzaqlaşdırdı. Çünki dəfələrlə qeyri-qanuni əməllərinə görə onu tənqid etmişəm. Halbuki Şəkiyə xəstə anama baş çəkmək üçün getmişdim. Bununla bağlı Səxavət Məmmədova icazə ərizəsi də verdim. Özü də təsdiqlədi. Heç bir narazılıq yox idi. Amma Şəkiyə gedən kimi məni məsuliyyətsizlikdə ittiham edərək teatrdan uzaqlaşdırdı. Bunu qanuni yollarla etdiyini iddia edir, amma inanmıram. Çünki buna qədər də şəxsimə qarşı qərəzi ilə seçilən insanın bu məsələdə də səmimi olması heç inandırıcı gəlmir".

İ.Salamov S.Məmmədovu məktəbəqədər təhsil müəssisələrində zorla uşaqlara bilet satdırmaqda ittiham edib. O, aidiyyəti orqanlardan hüquqi haqlarının bərpa olunacağını gözlədiyini deyib.

Xatırladaq ki, 20 ilə yaxın Mingəçevir Dram Teatrında aktyor kimi fəaliyyət göstərmiş İbrahim Salamov direktor Səxavət Məmmədovun onu qeyri-leqal yollarla teatrdan uzaqlaşdırdığını iddia edir.

Tarix
2014.12.18 / 14:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla