Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə
keçirilən qurultayın iştirakçıları əvvəlcə Heydər Əliyevin Fəxri
Xiyabanda yerləşən məzarını ziyarət edib.
Axar.az xəbər
verir ki, Prezident Administrasiyasının şöbə müdiri Fatma
Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına
ünvanlanan təbrik məktubunu oxuyub.
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan alimlərinin də
iştirak etdiyi və internet üzərindən canlı yayımlanan Qurultayı
giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə
qonaqları salamlayıb və ölkəmizdə ilk dəfə keçirilən bu qurultayın
müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi
və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq
Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu
bildirib. O, Heydər Əliyev və İlham Əliyevin böyük uğurla həyata
keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni
mərhələsinə qədəm qoyduğunu deyib:
"Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi
potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm
istiqamətlərindən birini təşkil edir".
Qurultayda Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal
Abdulla, Səhiyyə naziri Oqtay Şirəliyev, Rabitə və Yüksək
Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Respublikası Baş
nazirinin müavini Elçin, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Fatma Abdullazadə və başqa rəsmi şəxslər iştirak edir.
Sonda qətnamənin qəbulu gözlənilir.