Yuxarı

Təbrizdə skandal: Voleybolçular erməni dilində qarşılandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizdə skandal: Voleybolçular erməni dilində qarşılandı - Video

Dünya millətləri voleybol liqası üçün Güney Azərbaycana gələn xarici voleybolçular Təbrizin hava limanında kürd və erməni dillərində qarşılanıb. Bu məsələ güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Axar.az xəbər verir ki, cümə günü voleybol paytaxtı Urmiyədə keçiriləcək yarışlara qatılmaq üçün Kanada, Polşa (Ləhistan) və Rusiya komandaları Təbrizin hava limanına gəlib, onlar sonra Urmiyaya yollanıb.

Məlumata görə, xarici idmançılar Təbrizin hava limanında kürd və erməni dilində danışan uşaqlar tərəfindən qarşılanıb. Şübhəsiz ki, Azərbaycanın milli və tarixi kimliyini təhrif etmək məqsədi ilə qarşılama mərasiminə türk dilində danışan uşaqlar seçilməyib.

Soydaşlarımız bu işin arxasında Qərbi Azərbaycana sırınmış kürddili vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin Səqqiz şəhərindən olan kürddili rəisi Abdulla Çəməngülünün dayandığına inanır. Videoda göründüyü kimi, Abdulla Çəməngülü qarşılama mərasimində kürd və erməni dilində danışan uşaqların yanında dayanıb, o bu vəziyyətdən razılıq əlaməti olaraq gülümsəyir.

Xatırladaq ki, “Təbriz 2018” layihəsinin açılış mərasimi zamanı Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhani Tehrana qayıdarkən bir kürd musiqi qrupu tərəfindən yola salındı. İran mətbuatı kürd musiqiçilərinin ifasını “Azərbaycanın yerli musiqisi” kimi təqdim etdi. Bu səhnənin görüntüləri Həsən Ruhaninin rəsmi İnstaqram səhifəsi və Prezident Aparatının mətbuat orqanında da yayıldı. Şübhəsiz ki, Azərbaycana qarşı yönələn ssenari soydaşlarımızın kəskin etirazı ilə qarşılandı.

Kürd terror qruplaşmaları və radikal kürdlərin mövqeyini Qərbi Azərbaycan əyalətində gücləndirmək üçün müxtəlif üsullardan istifadə olunur. İran rejiminin bölgənin kürdləşdirmə prosesinə yaşıl işıq yandırması Qərbi Azərbaycan əyalətinə göz dikən qüvvələri daha da cəsarətləndirib, onlar bölgədə vaxtaşırı terror aktları törətməkdən belə çəkinmir.

Tarix
2019.06.13 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla