Yuxarı

Heydər Əliyevin ən möhtəşəm qayıdışı... - Akademik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) 15 İyun – Milli Qurtuluş günü qeyd olunub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışının qeyd olunduğunu deyib.

“Bu bayramın adı ilə mahiyyəti üst-üstə düşür. Bizim tələbələrimizə həmin günlərin ab-havasını təqdim etmək o qədər də asan deyil. Çünki bu, artıq inanılmaz bir hal kimi qəbul edilə bilər. 1990-cı ildən sonra Azərbaycanın müstəqilliyə doğru başına gələn müsibətlər və bu istiqamətdə Azərbaycanı bataqlığa, uçuruma doğru addımların atılması onu göstərdi ki, bütün millət, xalq bu ağır vəziyyətdən çıxmaq yollarını axtarır. Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə gətirilməsi bütün xalqın ən ümdə arzusu idi.

Həmin dövrlərdə xalq Ulu öndərin gəlişini gözləyirdi. Və Heydər Əliyev gəldi, Azərbaycanı uçurumun önündən qaytardı. İlk səfərləri hərbi hissələrə oldu, qarşı-qarşıya duran insanları sakitləşdirdi, onun nüfuzu, hörməti Azərbaycanın bütöv şəkildə xaotik vəziyyətdən çıxmasına kifayət etdi. Heydər Əliyevin hakimiyyəti dövründə bir çox qayıdışları olub. Ulu öndərin ən möhtəşəm qayıdışı Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz onun simasında Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə qayıdışını, dəst-xəttini, ruhunu, nəfəsini günbəgün görürük, hiss edirik. Elə düşünürəm ki, Azərbaycan vətəndaşı bugünkü rahatlığa, əhval-ruhiyyəyə, ölkənin bugünkü inkişafına, rifahına görə Ulu öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı, ölkəmizin bu cür addımlamasına şərait yaratdı. O zamanlar Bakıda asudə şəraitdə gəzmək qeyri-mümkün idi. Heydər Əliyev bunun çıxış yolunu tapdı, addım-addım, səbrlə Azərbaycan həqiqətlərini dünyaya tanıtdı. Azərbaycan ətrafında həmin zamanlarda süni məngənə yaradılırdı. Bunun qarşısını alan və buna ilk növbədə zərbə vuran məhz Heydər Əliyev oldu. Biz ona bu gün, sözün həqiqi mənasında, səmimi qəlbdən minnətdar olmalıyıq. Universitetimiz bu vəfa borcunu həyata keçirir, biz hər addımımızda onun adına, tövsiyələrinə, nəsihətlərinə layiq olmağa çalışırıq. Hamınızı bu bayram münasibətilə təbrik edirəm”, - K.Abdulla qeyd edib.

Daha sonra “15 İyun Milli Qurtuluş günü: Milli qurtuluşdan intibaha” mövzusunda film nümayiş olunub.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev Azərbaycanın inkişaf yolunda ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında fikirlərini bölüşüb.

Tarix
2019.06.14 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla